RUSİYA

Lavrov Belarusun BRİKS-ə qoşulması barədə

Lavrov bu il Belarusun BRİKS-in tərəfdaş dövlətinə çevrildiyini xatırladıb.
Sputnik
BAKI, 22 noyabr — Sputnik. Belarus BRİKS-in tərəfdaş dövləti statusunu alaraq, assosiasiyanın bütün tədbirlərində iştirak edə biləcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
İki ölkənin Xarici İşlər nazirliklərinin kollegiyasının birgə iclasında açılış nitqi ilə çıxış edən Lavrov bu il Belarusun BRİKS-in tərəfdaş dövlətinə çevrildiyini xatırladıb.
"Bu, praktiki olaraq yeni bir kateqoriyadır. Bu yaxınlarda çinli həmkarımızla danışdıq. Bu, istisnasız olaraq bütün tədbirlərdə iştirak etmək imkanı deməkdir. Yeganə şey o sənədləri imzalamayacaq, çünki tamhüquqlu üzv deyil, bu mərhələdə tərəfdaşdır", - Lavrov bildirib.
Eyni zamanda, o, bütün tədbirlərdə iştirak edəcəklərini əlavə edib.
"Bu, Rusiya və Çinin mövqeyidir, düşünürəm ki, bu, dəstəklənəcək", rusiyalı nazir fikirlərini tamamlayıb.
Oktyabrda Kazanda keçirilən BRİKS sammitindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın assosiasiyada tərəfdaş dövlətə çevrildiyini bəyan edib. Onun sözlərinə görə, Minsk BRİKS-ə tam üzv olmağa hazır olduğunu təsdiqləyir.