COP29: Rusiya qlobal ərzaq bazarında öz yerini necə qoruyub saxlamaq niyyətindədir
Tədbirdə digər ölkələrlə əməkdaşlıqda Rusiyada iqlim problemlərinin həlli ilə bağlı təkliflər müzakirə olunub.
SputnikBAKI, 21 noyabr — Sputnik. COP29 çərçivəsində Bakıda Azərbaycan, Rusiya və Braziliya nümayəndələrinin iştirakı ilə "İqlim gündəliyi və davamlı inkişaf kontekstində Rusiyanın qlobal ərzaq təhlükəsizliyinə töhfəsi" mövzusunda qapalı görüşü keçirilib.
Tədbirdə Rusiya Federasiyasının Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin rəhbəri İqor Şumakov, "Sberbank"ın ESG üzrə baş vitse-prezidenti Tatyana Lipskaya, Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin müavini Andrey Razin, Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının prezidenti Andrey Quryev, İqlim Siyasəti və Karbon Tənzimlənməsi üzrə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Tverdoxleb, həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşaviri Karlos Aqustin iştirak ediblər.
Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin müavini Andrey Razin çıxışında qeyd edib ki, Rusiya bu gün qlobal ərzaq bazarının ciddi iştirakçılarından biridir və son illərdə həqiqətən də ixrac da daxil olmaqla əhəmiyyətli uğurları əldə edib.
"Ölkəmiz beynəlxalq ərzaq bazarında buğda və bir sıra digər məhsulların istehsalı və satışı üzrə təkcə aparıcı yer tutmur. Bu, ölkəmizin bütün dünyanın ümumi ərzaq təhlükəsizliyinə verdiyi ciddi töhfədir. Ötən ilin yekunlarına görə, ilk dəfə arpa üzrə lider olduq, noxud üzrə də yaxşı nəticələr əldə etdik, yəni bütövlükdə bu gün ölkəmiz beynəlxalq bazarlara tədarükün davamlı artımını nümayiş etdirir", - Razin bildirib.
Nazir müavini həmçinin qeyd edib ki, Rusiya tədarük coğrafiyasını genişləndirir və ixrac potensialını, o cümlədən yeni bazarlara çıxışı hesabına fəal şəkildə inkişaf etdirir. İlk növbədə də bunlar Afrika, Asiya və Fars körfəzində yerləşən ölkələrdir.
Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının prezidenti Andrey Quryev söyləyib ki, son beş ildə Rusiya kənd təsərrüfatı məhsullarının ixracı təxminən iki dəfə artıb. Bütün bunlar aqrar-sənaye kompleksinin inkişafı üzrə dövlət strategiyası və onun əsas komponentlərindən birinə gübrənin tətbiqinin artırılması sayəsində baş verib.
Assosiasiyanın prezidentinin sözlərinə görə, Rusiyanın gübrə üzrə istehsalçıları da yeni qurğuların tikintisi ilə ixrac tədarüklərini artırırlar. Son on ildə yeni istehsal müəssisələrinin, yeni mədənlərin tikintisinə 1,5 trilyon rubldan çox sərmayə ayrılıb ki, bu da bu gün tam gücü ilə işləyir, daxili bazarı öz gübrələrimizlə təmin edir.
"Məsələn, son bir ildə Rusiya Qlobal Cənub ölkələrinə mineral gübrələrin tədarükünü dörddə bir qədər artırıb. 2022-ci ildə 23,5 milyon ton fiziki emissiyadan 2023-cü ildəki təxminən 30 milyon tona çatdırıb. Bu rəqəmlər onu deməyə əsas verir ki, Qlobal Cənubda təxminən 1,2 milyard insan bu gün Rusiya gübrələrinin köməyi ilə yetişdirilən qida məhsullarından istifadə edir. Rusiya məhsulları dünyada yerli fermerlərin istifadə etdiyi bütün gübrələrin 22%-ni təşkil edir", - Quryev deyib.
Assosiasiyasının prezidenti qeyd edib ki, statistikaya görə, planetin təxminən 40%-i deqradasiyadan əziyyət çəkir, bunun səbəblərindən biri də zərərverici maddələrin torpağa daxil olmasıdır. Onun sözlərinə görə, Rusiya məhsullarında insan sağlamlığı və torpaq üçün zərərli elementlər yoxdur. Quryev hesab edir ki, qlobal ərzaq təhlükəsizliyinə digər təhlükə iqlim dəyişikliyidir.
"Bu, ekstremal artıq hava şəraitinin tezliyi və müddəti ilə əlaqədar su rejiminin dəyişməsi nəticəsində kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcək risklər toplusudur. Bu, əhalinin sayının azalmasına gətirib çıxara bilər, ona görə də Rusiya şirkətləri aparıcı elmi mərkəzlərlə əməkdaşlıq edərək öz məhsullarının çeşidini genişləndirir və innovativ məhsullar yaradırlar ki, bu da kənd təsərrüfatının biologiyalaşdırılması və iqlim təhlükələri fonunda dayanıqlığının artırılması üçün çox vacibdir", - Quryev söyləyib.
İqlim Siyasəti və Karbon Tənzimlənməsi üzrə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Tverdoxleb qeyd edib ki, iqlim dəyişikliyi məhsuldarlığa və dünyada baş verən hadisələrə çox ciddi təsir göstərir. Onların həlli üçün o, iqlim layihələrinin işlənib hazırlanmasının zəruri olduğunu bildirib.
"Rusiya üçün bu da mühüm mövzudur. Hazırda Rusiya strategiyalarının 2030-cu ilə qədər həyata keçirilməsi üzrə əməliyyat planı müzakirə olunur. Kənd təsərrüfatı sahəsi üzrə bu, kənd təsərrüfatı istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, emissiyaların faktiki olaraq mövcud səviyyədə saxlanmasını təmin edir", - Tverdoxleb bildirib.
"Sberbank-ın" ESG (ekologiya, sosial siyasət və korporativ idarəetmə) üzrə baş vitse-prezidenti Tatyana Lipskaya qeyd edib ki, artıq Rusiyada biznesə konkret ziyan vuran minlərlə təbii fəlakət baş verir.
Bank rəsmisi bildirib ki, "Sberbank"ın hesablamalarına görə, 2030-cu ilə qədər belə ziyan ən azı 12 milyon rubl təşkil edəcək. Bununla əlaqədar olaraq o vurğulayıb ki, dövlətin və bankların vəzifəsi bu riskləri bilmək, onları idarə etmək və bu bilikləri bölüşməkdir, çünki təəssüf ki, dünyada mənfi iqlim hadisələri getdikcə artır.
"Belə ki, son 60 ildə yanğınlar 6,5 dəfə, istilik və soyuqlar 10 dəfə, daşqınlar isə 12 dəfə baş verməyə başlayıb. Təbii ki, bütün bunlar 2050-ci ilə qədər 1,7 trilyon dollar dəyərində təxmin edilən əhəmiyyətli itkilərə gətirib çıxarır – bu, iqlim dəyişikliyi nəticəsində qlobal iqtisadi ziyandır. Aqrar-sənaye kompleksi sənayenin bu hissəsində ən həssas sahələrdən biridir. Bu isə insanların həyat keyfiyyətinə birbaşa təsir göstərir və ərzaq təhlükəsizliyi balansının pozulmasına səbəb elur", - Lipskaya qeyd edib.
Vitse-prezident bildirib ki, "Sberbank"ın modelləşdirilmə əsasında kosmik məlumatlar və digər informasiya mənbələrinə əsaslanan modeli var. Fərq ondadır ki, bu, uzunmüddətli planlaşdırma deyil, 6 və 12 aylıq iş dövrlərində istifadə edilə bilən modeldir.
"Biz digər ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini görürük. COP29 çərçivəsində "Azərkosmos" tərəfindən Azərbaycanda həyata keçirilən təsirli təcrübə ilə tanış olduq. Biz onlara baş çəkdik. Azərbaycanlı həmkarlar bizə öz ölkələri üçün iqlim risklərini təhlil edərək nə qədər böyük iş gördüklərini söylədilər. Hazırlaşmaq üçün, bu və ya digər hadisələrin baş verməsi barədə əvvəlcədən bilmək üçün onlarla təcrübə mübadiləsi edə bilərik", - Lipskaya əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.