RUSİYA

Lavrov aclıq və yoxsulluqla mübarizə üçün alyans yaratmaq ideyasını dəstəkləyib

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin görüş iştirakçılarının diqqətini "həqiqətən bərabərhüquqlu beynəlxalq əməkdaşlığın" qurulmasına mane olan "kollektiv Qərbin neokolonial təcrübələrinə" cəlb edib.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupunun (G20) iclasında aclıq və yoxsulluqla mübarizə üçün alyansın yaradılması təşəbbüsünü dəstəkləyib.
Bunu nazirliyin sözçüsü Mariya Zaxarova bildirib.
"Rusiya nümayəndə heyətinin rəhbəri Braziliyanın aclıq və yoxsulluqla mübarizə üzrə qlobal ittifaq yaratmaq təşəbbüsünü dəstəkləyib və ölkəmizin inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində göstərdiyi səylərdən danışıb" – "TASS" onun sözlərindən sitat gətirib.
Lavrov, həmçinin BRİKS-in qlobal inkişaf problemlərinin həllinə əhəmiyyətli töhfəsini qeyd edib ki, bu da assosiasiyanın Kazan sammitinin nəticələrində əks olunub" - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin görüş iştirakçılarının diqqətini "həqiqətən bərabərhüquqlu beynəlxalq əməkdaşlığın" qurulmasına mane olan "kollektiv Qərbin neokolonial təcrübələrinə" cəlb edib.
Bundan əvvəl Braziliyanın rəhbəri Luis İnasiu Lula da Silva bildirmişdi ki, Rio-de-Janeyroda keçiriləcək İyirmilik Qrupunun (G20) sammitində 40-dan çox dövlət iştirak edəcək.
Ukrayna Prezidenti Vladimir Zelenskinin G20 sammitinə dəvət edilmədiyini bildirən Almaniya kansleri Olaf Şoltsun fikrincə, bu, ciddi siqnaldır.