"Biz yeni silahlar almalıyıq, təlim məşqləri keçirilməlidir. Azərbaycan Silahlı Qvvələri istənilən situasiyaya hazır olmalıdır. Ona görə də müdafiə xərcləri artır. Bu xərclər optimal səviyyədə saxlanılır. Çox istərdik ki, qonşu Ermənistan silahlanmadan və revanşist əhvali-ruhiyyədən əl çəksin, regiona əbədi sülh gəlsin. Ayrılan vəsaitin hansı istiqamətə xərclənəcəyini isə Ali hərbi komandanlıq müəyyən edəcək", - millət vəkili bildirib.
"Azərbaycan ordusunun silah-texnika parkı kifayət qədər genişdir və mütəmadi olaraq da təkmilləşdirilir. Nəzərə almaq lazımdır ki, bu xərclərə həm də müdafiə və təhlükəsizlik strukturlarının infrastruktur layihələrinin həyata keçirilməsi daxildir. Yəni, hesab etmirəm ki, burada hansısa kənar təhdidlər xüsusi yer tutur. Azərbaycan müdafiə qabiliyyətinin artırılması üçün davamlı olaraq işlər görür. Bu baxımdan Ermənistan amili ümumi prosesdəki amillərdən sadəcə biridir. Düşünürəm ki, Azərbaycanın növbəti illərdə müdafiə xərcləri daha da artacaq. Gələn ilin büdcəsindəki artımlar normal qarşılanmalıdır. Bu, yeni çağırışlarla bağlıdır".