CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 17 noyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Noyabrın 17-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 17-də kimlər anadan olub?
Lətif Kərimov (1906-1991) - Azərbaycanın xalq rəssamı və xalçaçı-rəssamıdır. O, 1991-ci ildə onun adını daşıyan Azərbaycan Milli Xalça Muzeyinin yaradıcısıdır. Rəssamın yaratdığı xalçalar təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Gürcüstan, İranda da saxlanılır.
Lətif Kərimov
Mirəsədulla Mirqasımov (1883-1958) – ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru və Azərbaycan Elmlər Akademiyasının ilk prezidentidir. O, ölkədə urologiya elminin banilərindən biridir.
Mirəsədulla Mirqasımov
Mixail Şepkin (1788-1863) – rusiyalı aktyor və Rusiya aktyor məktəbinin yaradıcılarından biridir.
Mixail Şepkin
Soiçiro Honda (1906-1991) - yaponiyalı sahibkar, mühəndis və sənayeçidir. O, avtomobil yarışında iştirak edib. Sahibkar "Honda" şirkətinin qurucusudur.
Soiçiro Honda
Bob Matias (1930-2006) - ABŞ yüngül atleti (dekatlon), ikiqat Olimpiya çempionu və siyasətçidir.
Robert Mathias
Martin Skorseze (1942) - amerikalı kinorejissor, prodüser, ssenarist və aktyordur. O, "Oskar" mükafatı laureatıdır.
Martin Skorseze
Lauren Hatton (1943) - "Vogue" jurnalının üz qabığında iyirmi beş dəfədən çox görünən amerikalı aktrisa və supermodeldir.
Lauren Hatton
Denni De Vito (1944) – ABŞ aktyoru, rejissoru və prodüseridir. Aktyora dünya şöhrəti "Daş ilə roman" filmində qanqster rolunu oynadıqdan sonra gəlib. O, həmçinin "Betmen qayıdır" filmindəki Pinqvin və "Cunior" filmindəki Larri Arboqast rolları ilə də tanınır.
Denni De Vito
Sofi Marso (1966) - Fransa kino aktrisası və rejissorudur. O. "Anna Karenina", "Tələbə", "Fanfan məhəbbətinin ətri" və s. filmlərdə rol alıb.
Sofi Marso
17 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1800-cü ildə Vaşinqton ABŞ-ın paytaxtı olub.
1869-cu ildə Süveyş kanalı rəsmi olaraq gəmiçilik üçün açılıb.
1918-ci ildə general Uilyam Tompsonun komandanlığı ilə ingilis qoşunları Bakıya daxil olublar.
1966-cı ildə noyabrın 16-dan 17-nə keçən gecə ən böyük meteor seli qeydə alınıb. Hər 33,25 ildən bir mütəmadi olaraq peyda olan "Leonid" meteorları SSRİ-nin şərq hissəsi ilə Şimali Amerikanın qərb hissəsi arasında səmada görünüb.
1978-ci ildə Sovet İttifaqı neytron bombasının uğurla sınaqdan keçirildiyini bildirib.
1988-ci ildə Benazir Bhutto Pakistanın Baş naziri seçilib və müsəlman dövlətinin ilk qadın lideri olub.
1988-ci ildə Bakıda Azadlıq meydanında (keçmiş Lenin meydanı) ermənilərin Qarabağa qarşı iddialarına və Azərbaycan əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq davamlı mitinqlər başlayı. Dekabrın 4-dək davam edən mitinqlərdə 1 milyon insan iştirak edib. Bu, SSRİ-də Azərbaycan tarixinə milli dirçəliş aksiyaları kimi daxil olan ən kütləvi etiraz aksiyaları olub. İlk dəfə olaraq bu mitinqlərdə meydanda Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. 1992-ci ildə noyabrın 17-si Milli Dirçəliş Günü elan edilib.
2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Türkdilli dövlətlərin və topluluqların XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib.