BAKI, 16 noyabr — Sputnik. Noyabrın 16-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 16-da kimlər anadan olub?
Aleksandr Menşikov (1673-1729) - Rusiyanın dövlət xadimi və hərbi rəhbəridir. O, Sankt-Peterburqun birinci general-qubernatoru və Hərbi Kollegiyanın sədridir.
Aleksandr Menşikovun portreti
© Sputnik
Nikolay Erdman (1900-1970) - Rusiya dramaturqu, şairi və ssenaristidir. Onun ən məşhur pyesləri "Mandat" və "İntihar"dır.
Aleksandr Popov (1971) - Sovet və Rusiya üzgüçüsü, dördqat Olimpiya çempionu, altı qat dünya çempionu, 21 qat Avropa çempionu, dəfələrlə dünya və Avropa rekordçusu, Olimpiya ordeninin sahibi və Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvüdür.
Vladimir İlyin (1947) - Sovet və Rusiya teatr və kino aktyoru, Rusiyanın xalq artisti, RF Dövlət mükafatı laureatıdır. O, "Müfəttiş", "Qara vual", "Kraliça Margo", "Müsəlman" və s. filmlərdə rol alıb.
Aleksandr Malinin (1958) - Sovet və Rusiya estrada müğənnisi, bəstəkar, aktyor və Rusiyanın xalq artistidir.
16 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1841-ci ildə ABŞ-da xilasetmə dairəsi patentləşdirilib.
1938-ci ildə SSRİ İdman Komitəsi rəsmi olaraq sambonu (Silahsız Özünümüdafiə) döyüş idman növü kimi populyarlaşdırmağa başlayıb.
1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə (UNESCO) ixtisaslaşmış qurumu yaradılıb.
1966-cı ildə astronomlar tarixin ən güclü meteor selini qeydə alıblar.
1989-cu ildə Çexoslovakiyada "məxməri inqilab" başlayıb.
1995-ci ildə UNESCO-nun 50 illik yubileyi münasibətilə Beynəlxalq Tolerantlıq Günü təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.