BAKI, 15 noyabr — Sputnik. Rusiyada qeyri-qanuni ağac kəsimi son 5 ildə 4 dəfə azalıb və cinayət işlərinin istintaqı çərçivəsində cinayətkarlardan 9 milyard rubldan çox vəsait götürülüb. Bunu Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının nümayəndələrinin plenar iclasında çıxışında bildirib.
"Əldə olunmuş vəsait dəymiş ziyana görə, təqribən 92 milyon dollar kompensasiya deməkdir", - Krasnov bildirib.
Baş prokuror həmçinin bildirib ki, Rusiya prokurorları meşə yanğınlarının qarşısının alınması və onlarla mübarizə sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş federal qanunvericiliyə və digər normativ aktlara dəyişikliklərin təşəbbüskarı olublar.
"Təbii yanğınlara cavab vermək üçün qüvvə və vasitələrin hazırlığının müntəzəm yoxlanılması ilə birlikdə bütün bunlar ilk 24 saat ərzində 10 meşə yanğınından 8-nin aradan qaldırılmasına kömək edib", - Baş Prokuror bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.