COP29

Rusiya ekoloji gündəmdəki məsələlərlə bağlı dialoqa açıqdır - İqor Krasnov

Krasnov vurğulayıb ki, cinayətkarların iyrənc məqsədləri üçün istifadə etdiyi beynəlxalq anti-cinayətkar əməkdaşlığın siyasiləşdirilməsi yolverilməzdir.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Rusiya və Azərbaycanın baş prokurorları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İştirakçı Dövlətlər Konfransının 29-cu sessiyasının yüksək səviyyəli plenar iclasında iştirak edirlər. Plenar iclasda Rusyanın baş prokuroru İqor Krasnov çıxış edib.

"Biz Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan olan həmkarlarımızla Xəzər dənizinin çirklənməsi və quruması problemlərini həll etmək, bu sahədə cinayətkarlıqla mübarizə aparmaq üçün Çin və Monqolustan prokurorluqları ilə birgə proqramlar işləyirik Ətraf mühitin rasional idarə olunması ilə yanaşı, Rusiya tərəfi iqlim dəyişikliyinə uyğunlaşmaq və antropogen təsirləri yumşaltmaq üçün tədbirlər görür. Belə ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2019-cu ildən ölkəmizdə karbon qazı və zərərli qazların atmosferə atılmasının azaldılmasına yönəlmiş "Təmiz hava" federal layihəsi həyata keçirilir", - Rusiya Fedrasiyasının baş prokuroru bildirib.

Krasnov vurğulayıb ki, cinayətkarların iyrənc məqsədləri üçün istifadə etdiyi beynəlxalq anti-cinayətkar əməkdaşlığın siyasiləşdirilməsi yolverilməzdir.

"Mənim rəhbərlik etdiyim qurum bütün dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə ekoloji gündəmdəki məsələlərlə bağlı dialoqa açıqdır. Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin sözləri həmişəkindən daha aktualdır: "Dünya quruculuq sayəsində yaşayır və inkişaf edir", - Krasnov fikirlərini yekunlaşdırıb.

Tədbirdə qeyri-qanuni ağac kəsimi, heyvan alveri, dənizin çirklənməsi kimi ətraf mühitə təsir göstərən cinayətlərlə, həmçinin faydalı qazıntılar, tullantılar və balıqçılıq sektorlarında cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyi vurğulanacaq. Hüquq-mühafizə orqanlarının karbon tullantılarını azaltmaq üçün innovativ yanaşmalar da araşdırılır.
Həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi, Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini - Daxili İşlər Naziri, BMT Baş Katibinin Sülhməramlı Əməliyyatlar Departamentinin Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi, Taylandın Təbii Sərvətlər və Ətraf Mühit Naziri, Keniya Prokurorluq Xidmətlərinin direktoru, Braziliya Baş Prokurorunun müavini, Beynəlxalq Polis Təşkilatının (INTERPOL) prezidenti də iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.