CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 noyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Noyabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 14-də kimlər anadan olub?
Kərim Kərimov (1917-2003) – azərbaycanlı alim və mühəndis, artilleriya general-leytenantıdır. O, kosmosun tədqiqinə mühüm töhfə vermiş sovet kosmik proqramının yaradıcılarından biridir. 1966-1991-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olub.
General-leytenant Kərim Kərimov. Dekabr, 1988-ci il
Rafiq Əliyev (1949-2020) - Azərbaycanın xalq artista və teatr rejissorudur. O, 20-dən çox bədii filmdə rol alıb.
Akademik Rafiq Əliyev
Mixail Lazarev (1788-1851) - Rusiya tədqiqatçısı və admiralıdır. O, Antarktidanı kəşf edənlərdən biridir.
Klod Mone (1840-1926) - Fransa rəssamı və impressionizmin banilərindən biridir.
Klad Mone əsəri
III Karl (1948) – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralıdır. Onun tam adı Çarlz Filipp Arturdur. O, Kraliça II Elizabetin oğludur.
III Karl
Kondoliza Rays (1954) - Amerika dövlət xadimi, ABŞ-ın 66-cı dövlət katibidir (2005-2009). O, bu vəzifədə olan ilk qaradərili qadındır.
Kondoliza Rays
Lolita Milyavskaya (1963) - rusiyalı pop müğənni, aktrisa, teleaparıcı və rejissordur.
Lolita Milyavskaya
Coş Duhamel (1972) - amerikalı aktyor və modeldir. O, "Hamısı mənim uşaqlarımdır" və "Las Veqas" seriallarındakı rolları ilə yanaşı, "Bir zamanlar Romada", "Həyat olduğu kimi" və s. filmlərindəki baş rollarla tanınır.
14 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1900-cü ildə Fransa Senatı qadınların vəkillikdə işləmək icazəsini təsdiqləyib.
1901-ci ildə Vyana həkimi Karl Landştayner bütün qan nümunələrini üç qrupa ayırıb: A, B və 0.
1903-cü ildə Hollandiya elektrokardioqrafın ixtirası barədə məlumat verilib.
1936-cı ildə SSRİ-də Hidrometeorologiya Xidməti yaradılıb.
1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Ümumdünya Diabetlə Mübarizə Günü təsis edilib.
1994-cü ildə Paris və London arasında La Manş tuneli vasitəsilə nəqliyyat yolu açılıb.