BAKI, 14 noyabr — Sputnik. Rusiya İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, 2024-cü ilin üç rübündə RF-da ümumi daxili məhsul 4,2% artıb.
Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.
O qeyd edib ki, qeyri-dost ölkələrin sanksiyalarının görünməmiş təsirinə baxmayaraq, Rusiya iqtisadiyyatı güclü artım nümayiş etdirir.
İstehsal sənaye sektorunda artımın əsas mühərriki olmaqda davam edir. Hökumət başçısı vurğulayıb ki, bu dövrdə bu seqmentin artımı, demək olar ki, 8 faiz təşkil edib.
Əvvəllər Rusiya iqtisadiyyatının ABŞ-ın sanksiyaları sayəsində gücləndiyi barədə məlumat verilmişdi.