BAKI, 14 noyabr — Sputnik. Almaniyanın İqtisadi İşlər və İqlim Mühafizəsi Nazirliyi mayeləşmiş təbii qaz (MTQ) terminalının operatoru "Deutsche Energy Terminal"dan bu qazı Rusiyadan qəbul etməyi dayandırmağı tələb edib.
"Financial Times" bu barədə departamentin məktubuna istinadən yazıb.
Sənəddə qeyd edilib ki, şirkət "sonrakı xəbərdarlığa qədər" Rusiya MTQ-ni qəbul etməməlidir. Bildirilib ki, bu, nazirliyin "ictimai maraqların qorunmasına" və Almaniya və Aİ-nin Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək.
Qadağa "Deutsche Energy Terminal"ın Brunsbütteldə Rusiya MTQ-ni yükləmək niyyəti barədə bildirişindən sonra tətbiq edilib. Nazirliyin dəqiqləşdirdiyi kimi, Almaniya 2022-ci ilin fevral ayından etibarən Rusiyadan MTQ idxal etməyib və yeni təlimatlar bu kursu möhkəmləndirməlidir.
Eyni zamanda, nəşrin məlumatına görə, "SEFE" şirkəti (keçmiş "Gazprom Germania", Almaniya hökuməti tərəfindən milliləşdirilmiş) hələ də "Yamal MTQ" ilə maye qazın tədarükü üçün uzunmüddətli müqaviləyə malikdir.
Aİ-nin, Rusiya qazının ödənilməsini faktiki olaraq çətinləşdirən Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, onun idxalına heç bir hüquqi qadağa yoxdur. Aİ 2021-2023-cü illərdə Rusiya Federasiyasından boru kəməri qazının idxalını bir neçə dəfə azaldıb. Eyni zamanda, 2023-cü ildə Rusiya MTQ-nin alışı iki dəfədən çox artaraq 18 milyard kubmetrə çatıb. Həmçinin, KİV-lərinin məlumatına görə, bir sıra Avropa Aİ ölkələri Rusiya qazının Türkiyə ərazisindən reeksportunu kəskin şəkildə artırıblar.
Daha əvvəl Almaniyanın vitse-kansleri Robert Habek demişdi ki, Rusiya təbii qazı və Çin bazarı Almaniya iqtisadiyyatı üçün "dərman" olub.