RUSİYA

Lavrov Braziliyaya gedəcək və G20 sammitində Rusiyanın sözünü deyəcək - Zaxarova

Rusiya G20-də aclıq və yoxsulluqla mübarizə aparan alyansa qoşulmaq barədə bəyanatla çıxış etməyi planlaşdırır.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirak etmək üçün noyabrın 18-19-da Braziliyaya səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya Federasiyası Prezidentinin tapşırığına əsasən, bu tədbirdə ölkəmizin nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək" - o, qeyd edib.
Zaxarova, həmçinin əlavə edib ki, Lavrovun sammitə səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirəcək. Bu tədbirlər çərçivəsində Rusiya aclıq və yoxsulluqla mübarizə aparan alyansa qoşulmaq barədə bəyanatla çıxış etməyi planlaşdırır. Xatırladaq ki, oktyabrın 18-də Putin onun keçirilməsinə mane olmamaq üçün bu il Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlamışdı. O hesab edir ki, onun iştirakı forumun normal fəaliyyətini poza bilər.
13.11.24, 16:39
Putin Braziliyaya gedəsi olmadı, G20-də Rusiyanı Lavrov təmsil edəcək
Rusiyanı Brazilyada keçiriləcək G20 sammitində xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində iştirak edəcək.
29.03.24, 23:00
Putin Braziliyaya G20 sammitinə gedəcək?
Rusiya lideri Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirakı məsələsinə hazırda baxılmayıb.
Bu sözləri "TASS"a müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
O, Kremlin belə bir səfəri qanuni hesab edib-etmədiyi ilə maraqlanan jurnalistlərin müvafiq sualını cavablandırıb.
"Bu məsələlərə hələ baxılmayıb" - mətbuat katibi qısa cavab verib.
Eyni zamanda, Braziliya artıq Putinə noyabrda Rio-de-Janeyroda baş tutacaq sammitə dəvət göndərib. Həm də bu, Braziliyanın əvvəllər Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasına baxmayaraq edilib.
Fransa Prezidenti Emmanuel Makron Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə danışıqlardan sonra Vladimir Putinin sammitdə iştirakının mümkünlüyünü keçirdiyi mətbuat konfransında qiymətləndirib. Onun fikrincə, belə bir təşəbbüs birliyin digər üzvləri ilə müzakirə edilməlidir. O əlavə edib ki, əgər görüş faydalıdırsa, deməli, keçirməyə dəyər.
"Əgər bu parçalanmaya səbəb olarsa, o zaman bunu həyata keçirməyə dəyməz" – Makron bildirib.
Bundan əvvəl San-Pauluda İyirmilik Qrupuna (G20) daxil olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü barədə məlumat verilmişdi. Eyni zamanda, tərəflər Ukrayna münaqişəsi mövzusunda fikir ayrılıqlarına görə birgə bəyanatla bağlı razılığa gəlməyiblər.