RUSİYA

MDB müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək - Belousov

Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək. Bu barədə çərşənbə axşamı Rusiyanın müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasının yekunları üzrə bildirib.

“Bu gün biz builki işin nəticələrini yekunlaşdırdıq və 2025-ci il üçün 120-dən çox tədbir planlaşdırdıq. MDB çərçivəsində 2030-cu ilə qədər hərbi əməkdaşlıq Konsepsiyasına böyük diqqət yetirilib. Qeyd edim ki, bu, milli silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasına, dövlətlərimizin müdafiəsinin təmin edilməsinə yönəlib”, - Belousov bildirib.

Onun sözlərinə görə, birgə hərbi sistemlərin, xüsusilə də MDB iştirakçısı olan dövlətlərin vahid dövlət radar identifikasiyası sisteminin, vahid hərbi coğrafi informasiya sisteminin, Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
“Gələn il hava hücumundan müdafiə qüvvələri üçün birgə döyüş hazırlığı fəaliyyətləri planını təsdiq etdik. Biz Böyük Qələbənin 80 illiyinin qeyd edilməsinə və bu yubileyə həsr olunmuş dost orduların IV Hərbi İdman Oyunlarının keçirilməsinə hazırlıq proqramını təsdiq etdik. Biz müxtəlif ölkələr və təşkilatlarla gələcək qarşılıqlı fəaliyyət vasitəsilə Avrasiya regionunda sabitliyin möhkəmləndirilməsinə kömək etmək barədə razılığa gəldik”, - Rusiya Federasiyasının Müdafiə Naziri bildirib.
Hərbi nazir həmçinin səmərəli fəaliyyətlərinə görə görüş iştirakçılarına təşəkkürünü bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.