HƏRBİ

Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Bu barədə müdafiə nazirliyi məlumat yayıb.
Bildirilir ki, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.
Rusiyanın müdafiə naziri Andrey Belousov MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasının yekunları üzrə bildirib ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin müdafiə nazirlikləri gələn il 120-dən çox birgə tədbir keçirəcək.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Onun sözlərinə görə, birgə hərbi sistemlərin, xüsusilə də MDB iştirakçısı olan dövlətlərin vahid dövlət radar identifikasiyası sisteminin, vahid hərbi coğrafi informasiya sisteminin, Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.