RUSİYA

Kreml Putinlə Tramp arasında telefon danışığı barədə məlumatlara aydınlıq gətirdi

Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. Kreml Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında noyabrın 7-də telefon danışığının olması haqqında məlumatı təkzib edib.
Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın telefon danışığı ilə bağlı mediada yer alan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
"“Vaşinqton Post“un bu yaxınlarda yazdığı Putinlə Tramp arasında söhbət baş tutmayıb, bu yalan məlumatdır", deyə Peskov vurğulayıb.
O, Putinin Trampa zəng etməklə bağlı hələlik konkret planının olmadığını da bildirib.
08.11.24, 15:55
Kreml Putinin Trampla təmaslara hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla təmaslara hazırdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Putinin dünən Valday Disskusiya Klubunun plenar iclasında da Trampla təmaslara hazır olduğunu vurğuladığını söyləyib.
Kremlin sözçüsü Putin-Tramp təması ilə bağlı konkret bir şey olmadığını qeyd edib:
"Tramp tərəfindən Putinlə danışmaq üçün heç bir müraciət daxil olmayıb".
Peskov Trampın qələbəsindən sonra Rusiyanın sülh müqaviləsi bağlamaq tələblərinin dəyişib-dəyişmədiyi sualına da cavabında deyib:
"Prezident heç vaxt deməyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişir, əksinə əvvəlki məqsədlər qalır. Bunlar ölkəmizin və Rusiya xalqının təhlükəsizlik maraqlarına aiddir. Putin dəfələrlə bütün maraqlı tərəflərlə, münaqişənin həllinə töhfə verə biləcək hər kəslə dialoqa açıqlıqdan danışıb. Putinin Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olması xüsusi hərbi əməliyyatın məqsədlərinin dəyişməsi demək deyil".
Qeyd edək ki, 6 noyabr 2024-cü ildə ABŞ-ın 45-ci prezidenti olmuş Respublikaçılar Partiyasının namizədi Donald Trampın yenidən prezident seçildiyi məlum olub. O, Ağ Evə 47-ci prezident kimi qayıdır. 78 yaşlı Tramp 2025-ci il yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq.