"Bu zaman aşağıdakıların da açıqlanmasında təkid edirik: Broyler toyuqlarında zərərli maddələr, o cümlədən antibiotik və hormonal maddələrin olduğunu hansı laboratoriyada, nə zaman yoxlanma nəticəsində müəyyən edib? Broyler yumurtasının tərkibini hansı laboratoriyada və nə zaman yoxlayıb? Hər iki məhsulun insan orqanizminə iddia etdiyi zərərləri hansı tədqiqat nəticəsində üzə çıxıb? Bu tədqiqat hansı elmi institut tərəfindən aparılıb?".
"Bütün canlılarda qəbul edilən dərmanların orqanizmdən xaric olunması müddəti var. Tam məsuliyyətimlə bəyan edirəm ki, quşçuluq təsərrüfatlarında tətbiq olunan preparatların orqanizmdən xaric olunması müddətinə dair tələblərə tam əməl edilir, o müddət bitmədən heç bir toyuq kəsimə göndərilmir. Əks halda, Azərbaycan Qida Təsərrüfatı üzrə Dövlət Agentliyinin mütəmadi analizlərində qalıq maddələr dərhal üzə çıxar. Yumurtaya gəlincə, biz Azərbaycanın daxili bazarı ilə yanaşı, dünyanın 10-a yaxın ölkəsinə həm damazlıq, həm də süfrə yumurtası ixrac edirik. Bizim nəzarət edən qurumlarımızın fəaliyyətini heç sayırlarsa, bəs həmin ölkələrə nə olub? Yumurtada antibiotik, hormonal dərman olsun, həmin ölkələrin müvafiq qurumları bunu aşkarlamasın? Bu, absurddur axı. Belə absurd iddialarla çıxış edən özünü qidalanma mütəxəssisi adlandıran şəxs onları sübuta yetirən faktları, dəlilləri də təqdim etməlidir".
"Sənaye üsulu saxlanılan broyler toyuqları var ki, bu broyler toyuqlarının az bir zamanda tez çəkiyə sahib olması, eyni zamanda, xəstəliklərdən qorunması, hərəkətsiz şəkildə saxlanılmasına görə bir çox kimyəvi, hormonlu dərmanlardan, antibiotiklərdən istifadə olunur. Onların daha tez çox çəkiyə sahib olması, hərəkət etməməsi üçün onları bir-birinə yaxın yerdə, kiçik sahədə saxlayırlar. Belə olan halda toyuq normal inkişaf etmir və normalda 3-4 ayda əldə edəcəyi çəkiyə həmin toyuqlar 28, ən yaxşı halda 56 gündə çatırlar. Onların yetişdirilməsində istifadə edilən antibiotiklər var ki, bu antibiotiklər daha çox xəstəliklərdən qorunmaq üçün istifadə olunsa da, eyni zamanda, orqanizmdə faydalı bakteriyaların da məhv olmasına gətirib çıxarır. Bu səbəbdən qəbul etdiyimiz həmin toyuğa verilən antibiotiklər, insan orqanizminə eyni təsiri göstərir".
"Digər məqam isə toyuqların yetişdirilməsində istifadə olunan hormonlu dərmanlar toyuq, yumurta vasitəsilə insan orqanizminə keçir ki, bu da qızlarda cinsi yetişkənlik dövrünün daha erkən başlamasına və oğlanlarda cinsi yetişkənlik dövrünün pozulmasına gətirib çıxarır".