BAKI, 9 noyabr — Sputnik. Avropa Komissiyası bildirib ki, ABŞ-da keçirilən prezident seçkilərində namizədlərdən heç birinə üstünlük verməyib və seçkinin istənilən nəticəsinə hazır olub.
Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib: "İstər Aİ, istərsə də digər ölkələrdə seçkilərdə hər hansı namizədi dəstəkləmək bizim vəzifəmiz deyil... Bizim rolumuz bu seçkilərin istənilən nəticəsinə hazır olmaqdır".
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş Prezident Donald Tramp təmsil edib. Tramp seçənlərin əksəriyyətinii səsini qazanaraq ABŞ-ın 47-ci prezidenti olub.