BAKI, 8 noyabr - Sputnik. “COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.
Bunu jurnalistlərə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.
O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək:
"Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır" (APA).
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edəcək.
Tədbir 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.