DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cari prezident seçkiləri ABŞ tarixində ən bahalı seçkilər oldu

Respublikaçı Donald Tramp və demokrat Kamala Harris seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. Sonuncu prezident seçkiləri ABŞ tarixində ən bahalı seçkilər olub.
"Financial Times" bu barədə yazıb.
Nəşrin məlumatına görə, respublikaçı Donald Tramp və demokrat Kamala Harris seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər.
"Demokrat Kamala Harris və Respublikaçı Donald Tramp Ağ Ev uğrunda yarışa birlikdə 3,5 milyard dollar xərcləyərək 2024-cü ildə keçirilən prezident seçkilərini ABŞ tarixində ən bahalı ümumi seçkiyə çeviriblər" - nəşr bildirib.
Harris kampaniyası 1,9 milyard dollar, Tramp kampaniyası isə 1,6 milyard dollar xərcləyib.
Bundan əlavə, partiya komitələri və "digər qruplar" vəsait toplayıblar. Bunu nəzərə alaraq, seçki yarışı üçün 4,2 milyard dollar toplanıb. Harris kampaniyası 2,3 milyard dollar, Tramp kampaniyası isə 1,8 milyard dollar qazanıb.
"Seçki kampaniyalarına xərclənən bütün vəsaitin, təxminən yarısı reklam və mediaya xərclənib" - materialda deyilib.
Bundan əvvəl Tramp Pensilvaniya ştatında seçicilərin kütləvi saxtakarlığa yol verdiyini açıqlamışdı.