BAKI, 6 noyabr — Sputnik. Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Xinin Rusiyaya səfəri zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunub. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə bildirib.
"Biz qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik", - Rudenko Rusiya Federasiyası ilə KXDR arasında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin 4-cü maddəsinin icrasının müzakirə edilib-edilməməsi ilə bağlı suala cavabında deyb.
O, KXDR Xarici İşlər Nazirliyinin rəhbəri ilə Rusiyada aparılan danışıqların strateji məsləhətləşmələr olduğunu qeyd edib.
"Stratejidir, çünki qeyd olunan sazişdən irəli gələn bütün məsələlər müzakirə olunub. Bu cür suallar çoxdur, çünki saziş bizim ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini, ticarət-iqtisadi əlaqələrdən tutmuş təhlükəsizlik münasibətlərinə qədər əhatə edir, Ona görə də təbii ki, belə bir danışıqlar lazımdır, çünki bu, cari ilin iyununda bu sazişin imzalanmasından sonra bizim nazirimizlə KXDR naziri arasında ilk belə görüşdür", - Rudenko bildirib.