"Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimlənmə mexanizmləri qurulub. Əməliyyat planına uyğun olaraq, Bakı metropolitenində COP29 dövründə adi iş günlərində olan məsul növbətçilik qaydaları qüvvədə saxlanılmaqla əlavə tədbirlər müəyyən edilib. Əsas nəzarət sahələri və zonaları, digər qurumlarla əlaqələndirmə və aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsi, birgə fəaliyyətin qurulması qaydaları və məsul şəxslər qeyd olunub".
"Həmçinin "Bakı Metropoliteni" QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub. Ümumilikdə, bütün işçi qrupların fəaliyyətinin "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasından idarə edilməsi istiqamətində təşkilati və texniki təchizat işləri yekunlaşdırılıb", - Hidayət Məmmədov bildirib.