BAKI, 5 noyabr — Sputnik. Bütün dünya İran və İsrail arasında, ümumiyyətlə Yaxın Şərqdə cərəyan edən qanlı prosesləri maraqla seyr edir. Hər gün İranın İsrailə və ya İsrailin İrana zərbə endirəcəyi ilə bağlı bir tarix açıqlanır. Hər iki ölkənin rəmsiləri bir-birini təhdid edən açıqlamalar verir. "The Wall Street Journal" (WSJ) qəzeti yazır ki, İran İsrailə qarşı cavab zərbəsinin miqyasını genişləndirə bilər. Qeyd olunur ki, bu dəfə təkcə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah, elit qüvvələr) deyil, həm də nizami ordu əməliyyatlara cəlb olunacaq.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail 1 oktyabr tarixli kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail Müdafiə Ordusu raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla İran müəssisələrinə zərbələr endirdiyini bildirib.
Yaxın Şərqdə belə bir böhranlı şəraitdə Azərbaycan və İranın Xəzərdə birgə hərbi təlimlər keçirməsi diqqət çəkən hadisədir.
Bildirilib ki, Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.
Bəs bu təlimlər hansı mesajı verir?
Hərbi ekspert Ramil Məmmədli bildirir ki, bu təlimlərlə bağlı müxtəlif fikirlər səsləndirilə bilər:
Hərbi ekspert hesab edir ki, İranla hərbi təlimlər bundan sonra da davam edəcək:
"Bundan əvvəl də quru qoşunları səviyyəsində təlimlər keçirilib. Hesab edirəm ki, digər qoşun növləri üzrə də təlimlərin şahidi olacağıq. Regionda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan və İranın ortaq fəaliyyət göstərməsinə ehtiyac var. Bu baxımdan keçirilən təlimləri regional təhlükəsizliyin təminatına xidmət edəcək addım hesab edirəm".
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyib ki, bu İranla Azərbaycanın bu il ərzində keçirdiyi ikinci hərbi təlimdir:
"Fikrimcə bu təlimin İran-İsrail qarşıdurmasında heç bir təsiri yoxdur. Təlimlərin keçirilməsi əvvəldən planlaşdırılmışdı. Azərbaycan yerləşdiyi regionun demək olar ki, bütün ölkələri ilə əməkdaşlıq edir. Bu baxımdan Azərbaycan-İran ikitərəfli əməkdaşlığı heç bir halda üçüncü tərəfə qarşı yönəlməyib. Bu cür təlimlər regional təhlükəsizliyin təmin edilməsi və təhdidlərə qarşıdır. Hesab edirəm ki, bu Azərbaycan-İran hərbi-diplomatik əlaqələrinin bariz göstəricisidir. Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasını prioritet məsələ sayır və Azərbaycan İranın ərazisi təhdid oluna biləcək qonşu dövlət deyil".
Onun sözlərinə görə, Azərbaycan həm də İsrail-İran qaşrıdurmasında tərəf tutmadığını göstərir: