BAKI, 3 noyabr — Sputnik. Noyabrın 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 3-də kimlər anadan olub?
Araz Əlizadə (1951-2022) - Azərbaycan siyasətçisi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.
Samuil Marşak (1887-1964) - Rusiya şairi, dramaturqu və tərcüməçisi, həmçinin məşhur uşaq kitablarının müəllifidir.
Samuil Marşak
© Sputnik
Aleksandr Qradski (1949-2021) - Rusiya müğənnisi, bəstəkarı, RF xalq artisti və Rusiya rokunun yaradıcılarından biridir. O, 2014-cü ildə "Qradskiy Holl" musiqili teatrının əsasını qoyub.
Yevgeni Plyuşenko (1982) - Rusiya fiqurlu konkisürmə üzrə üçqat dünya çempionu, yeddiqat Avropa çempionu və fiqurlu konkisürmə üzrə "Qran Pri" finalının dördqat qalibidir.
Сказки Евгения Плющенко в Баку
© Sputnik / Murad Orujov
Jemma Uord (1987) - Avstraliyalı top-model və aktrisadır. O, dünyanın ən zəngin supermodellərindən biridir. Model "Çəhrayı pijama", "Qara şar", "Karib dənizinin quldurları: Qəribə sahillərdə" və başqa filmlərdə rol alıb.
Jemma Uord
© AP Photo / Eugene Hoshiko
3 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1812-ci ildə Vətən Müharibəsi zamanı Rusiya İmperiyası ilə Napoleon Fransası arasında Vyazma döyüşü baş verib. Nəticədə geri çəkilən Fransa ordusunun strateji mövqeyi xeyli pisləşib.
1907-ci ildə dünyada ilk dəfə helikopter Fransada havaya qalxıb.
1927-ci ildə Nyu Yorkda Hudzon çayının altında dünyanın Holland ilk sualtı nəqliyyat tuneli açılıb.
1928-ci ildə Türkiyə ərəb əlifbasından latın əlifbasına keçib.
1957-ci ildə Sovetin "Sputnik-2" kosmik gəmisi Yerə yaxın orbitinə çıxıb. Onunla birlikdə Layka adlı köpək yer atmosferinin hüdudlarından kənarında olub. O andan etibarən gəmidə ekipajla kosmosa səyahət dövrü başlayıb.
1958-ci ildə Parisdə UNESCO-nun binaları kompleksi açılıb.