DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avrozonada işsizlik səviyyəsi dəyişməyib

Ötən ilin sentyabrında avrozonada işsizlik səviyyəsi 6,6%, Aİ-də isə 6,1% təşkil edib.
Sputnik
BAKI, 3 noyabr — Sputnik. Avrozonada işsizlik səviyyəsi sentyabr ayında dəyişməyib, avqustda olduğu kimi 6,3% səviyyəsində qalıb.
Bu barədə RİA Novosti Avrostat Avropa Statistika Agentliyinin hesabatına istinadən xəbər verir.
"Trading Economics" portalının sorğusunda iştirak edən analitiklər sentyabrda bu göstəricinin avqust ayı üzrə ilkin 6,4% səviyyəsində olacağını gözləyirdilər.
Avropa İttifaqında (Aİ) sentyabrda işsizlik səviyyəsi avqust ayında olduğu kimi 5,9% səviyyəsində qalıb.
Ötən ilin sentyabrında avrozonada işsizlik səviyyəsi 6,6%, Aİ-də isə 6,1% təşkil edib.
Mütləq ifadə ilə, hesabat dövründə Aİ-də işsizlərin sayı 13,042 milyon nəfər təşkil edib ki, bunun da 10,884 milyonu avropa zonası ölkələrinin payına düşüb.
Ölkələr üzrə sentyabr ayının nəticələrinə görə, ən aşağı işsizlik səviyyəsi Çexiyada (2,8%), Polşada (2,9%) və Maltada (3%) qeydə alınıb. Ən yüksək göstəricilər isə İspaniya (11,2%), Yunanıstan (9,3%), İsveç (8,5%) və Finlandiyada (8,4%) müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.