PAYTAXT XƏBƏRLƏRİ

Piyada keçidindən keçməyən piyadalar cərimələnəcək? “AzInTelecom”dan açıqlama

“AzInTelecom” yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SiMA imzası olan hər kəsin piyada keçidi olmayan yerlərdən keçərkən 40 manat cərimələnməyə başlaması barədə məlumata aydınlıq gətirib.
Sputnik
BAKI, 2 noyabr — Sputnik. Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil.
Bu barədə Report-un sorğusuna cavab olaraq SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”dan bildirilib.
“SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur” - məlumatda qeyd edilib.
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SiMA imzası olan hər kəsin yeni nəsil təhlükəsiz şəhər kameraları tərəfindən piyada keçidi olmayan yerlərdən keçərkən 40 manat cərimələnməyə başlaması barədə məlumatlar yayılıb.
23.10.24, 15:24
İctimai nəqliyyatda üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycanda dəmiryollarında üztanıma ilə ödənişlərə başlanılacaq. Sputnik Azərbaycan "APA-Economics"ə istinadən xəbər verir ki, bunu bu gün "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı "Sima Pay" "Azintelekom"un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli deyib.
O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir. Bundan sonra dəmiryolu stansiyalarında "Sima Pay"lə ödəniş etmək mümkün olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.