BAKI, 31 oktyabr — Sputnik. Zelenski Vaşinqtonu Rusiyaya qarşı müharibəyə sürükləməyə çalışarsa, ABŞ onun cəzalandıracaq. Bu barədə "RİA Novosti" Rusiyanın xarici işlər naziri Sergey Lavrovun söylədiklərinə istinadən xəbər verib.
"Əminəm ki, əgər Vladimir Zelenski Vaşinqtonu Rusiyaya qarşı müharibəyə sürükləməyə davam edərsə ABŞ-ın, Amerika xalqının təhlükəsizliyini təmin etmək naminə, onları heç bir riskə məruz qoymamaq üçün ABŞ Ukrayna liderini cəzalandıracaq", - Lavrov mətbuat konfranslarında deyib.
Nazir həmçinin əlavə edib ki, Rusiya Vladimir Zelenskinin ABŞ-ın "Tomaqavk" raketlərinin Kiyevə verilməsi tələbi ilə Vaşinqtonda təşvişə səbəb olduğunu bilir.
Bu yaxınlarda "New York Times" qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Zelenskinin ictimaiyyətə təqdim etmədiyi "qeyri-nüvədən çəkindirmə" paketi ilə bağlı "qələbə planı"nın bəndi uzaqmənzilli "Tomaqavk" raketlərinin Ukraynaya verilməsi tələbini nəzərdə tutub.
"Onun "Tomaqavk"larla bağlı tələbinin Vaşinqtonda çaşqınlığa səbəb olduğu bizə məlumdur ", – Lavrov Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.