RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lukaşenko: Rusiya-Ukrayna münaqişəsində heç-heçə mümkündür

Lukaşenko hesab edir ki, Ukrayna hərbçiləri bu qırğına son qoymaq istəyirlər.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Rusiya və Ukrayna münaqişənin ilkin şərt olmadan həlli üçün danışıqlara başlanmalıdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında deyib.
Onun fikrincə, Minsk də danışıqlar masası arxasında olmalıdır.

"Mənim sivil Qərbin ziyalı nümayəndələri ilə son təmaslarım göstərir ki, biz müəyyən fikir inkişaf etdirmişik. Qərb nəhayət başa düşüb ki, Ukraynada danışıqlar aparmaq lazımdır. Bu gün heç-heçə ola bilər. Mən bunu idman üslubunda deyirəm", - Lukaşenko bildirib.

Belarus prezidenti qeyd edib ki, dünyada vəziyyət hər gün dəyişir. Onun fikrincə, indi hər şey bir nəfərin - Ukrayna prezidenti Vladimir Zelenskinin üzərinə düşür.
Lukaşenko hesab edir ki, Ukrayna hərbçiləri bu qırğına son qoymaq istəyirlər.

"Ukrayna döyüş meydanında qalib gəlməyəcək. Ukraynalılar və Qərb bunu artıq başa düşür. Biz hərəkət etməliyik, danışıqlar aparmalıyıq", - Belarus prezidenti bildirib.

Aleksandr Lukaşenko həmçinin bildirib ki, Belarus da danışıqlar masası arxasında olmalıdır. O, ölkəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir.
Belarus prezidenti dəfələrlə Rusiya və Ukraynanı mümkün qədər tez danışıqlar masasına oturmağa çağırıb. Lukaşenkonun sözlərinə görə, danışıqlar 2022-ci ilin martında İstanbulda əldə olunmuş razılaşmalara əsaslanmalıdır. Sentyabrda o, Vladimir Zelenskinin ABŞ-ın təzyiqi səbəbindən Rusiya tərəfi ilə əlaqə saxlamadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.