BAKI, 31 oktyabr — Sputnik. Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanan daha bir kollektiv bəlli olub.
"İmişli" bu raundda iştirak hüququ əldə edib.
Komanda II təsnifat mərhələsində "Cəbrayıl"ı 5:1 hesabı ilə üstələyib. I Liqa təmsilçisi 1/8 finalda "Kəpəz"lə üz-üzə gələcək.
Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" "Dinamo"nu (6:0), "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Difai" "Şəfa"nı (3:2), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib.
Qeyd edək ki, 1/8 final qarşılaşmaları dekabrın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final mərhələsinin cütləri
"Araz-Naxçıvan" - "Mingəçevir"
"Zirə" - "Şamaxı"
"Qaradağ Lökbatan" - "Səbail"
"Qəbələ" - "Qarabağ"
"Kəpəz" - "İmişli"
"Neftçi" - "Difai"
"Turan Tovuz" - "Sabah"
"Sumqayıt" - MOİK
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.