BÖLGƏ

Paşinyanın ofisi Türkiyə mediasını Ermənistana dəvət edəcək

Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin 4 gün davam edəcək səfəri planlaşdırılır.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Ermənistanın baş nazirinin ofisi "Sülh kəsişməsi" təşəbbüsünü işıqlandırmaq üçün türk mediasının nümayəndələrini ölkəyə dəvət edəcək. Bunu Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.
Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin 4 gün davam edəcək səfəri planlaşdırılır.
Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. "Sülh kəsişməsi" əsas müzakirə mövzusu olmayacaq, amma yenə də toxunulacaq.