SƏHİYYƏ

Kəskin ağız qoxusu xərçəng xəstəliyinin xəbərçisidir - britaniyalı həkimlər

Xüsusilə ağızdan gələn xoşagəlməz qoxu qırtlaq xərçənginin ilk təzahürü ola bilər.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) həkimləri müəyyən ediblər ki, ağızdan gələn xoşagəlməz qoxunun SELENBP1 genindəki mutasiya əlaməti ola bilər ki, bu da xərçəng riskinin artması ilə əlaqələndirilir.
Bu barədə "Pronews.gr" məlumat yayıb.
Bəzi xəstəliklərin inkişafı ilə müşayiət olunan ağızdan gələn xoşagəlməz qoxusuna halitoz deyilir. Bu, ağız boşluğunda və ya bütün orqanizmdə problemləri göstərə bilən bir simptomdur. Xüsusilə ağız qoxusu qırtlaq xərçənginin ilk təzahürü ola bilər. Halitoz ilə yanaşı, xəstəliyin həyəcan verici siqnallarına aşağıdakılar daxildir: boğazda nəyinsə qalma hissi, xırıltı, tez-tez öskürək, nəfəs almaqda çətinlik, kilo itkisi və xroniki yorğunluq.
Təcrübə zamanı xərçəngin daha dəqiq markeri müəyyən edilib. Alimlər halitozu olan xəstələrdə tənəffüs alınan havada metanol və dimetil sulfoksidin (ağzda xoşagəlməz qoxuya səbəb olan kükürd birləşmələri) səviyyəsinin artdığını aşkar ediblər. Məlum olub ki, bu birləşmələr kükürdün parçalanmasına və şişkin böyüməsinin basdırılmasına cavabdeh olan SELENBP1 genindəki mutasiya ilə bağlıdır. Bu genin fəaliyyətindəki pozğunluqlar xərçəngə tutulma riskini artıra bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.