CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 29 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 29-da kimlər anadan olub?
Mixail Lavrovski (1941) - Sovet və Rusiya balet artisti, baletmeyster, xoreoqraf, aktyor və SSRİ xalq artistidir. O, 2010-cu ildən Moskva Dövlət Xoreoqrafiya Akademiyasının bədii rəhbəridir.
Mixail Lavrovski
Riçard Dreyfus (1947) - ABŞ aktyorudur. O, "Oskar" mükafatının ən gənc qaliblərindən biridir (mükafatı 30 yaşında alıb). Aktyor "Çənələr", "Dəlilər", "Komanda" və s. filmlərdə rol alıb.
Riçard Dreyfus
Vaynona Rayder (1971) - amerikalı aktrisa və prodüserdir. O, "Qızıl Qlobus" mükafatı laureatıdır. Aktrisa "Dəniz qızları", "Ruhlar evi", "Brem Stokerin Drakulası", "Sonuncu söz" və s. filmlərdə rol alıb.
Vaynona Rayder (solda)
29 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1905-ci ildə Dairəvi Baykal dəmir yolu daimi istifadəyə verilib.
1945-ci ildə Nyu-Yorkda ilk dəfə olaraq diyircəkli qələmlər satışa çıxarılıb (patent aldıqdan 57 il sonra).
2006-cı ildə Ümumdünya İnsultla Mübarizə Günü təsis edilib.
2015-ci ildə Çin hakimiyyəti 1979-cu ildə tətbiq edilən "Bir ailə - bir uşaq" siyasətinin başa çatdığını elan edib. Hazırda bütün ailələr iki uşaq sahibi olmaq hüququna malikdirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.