CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki qadın göbələkdən zəhərlənərək öldü -Toksikoloqdan xəbərdarlıq!

Zəhərlənib ölənlər göbələyin ən təhlükəli növü olan "solğun əzvay" göbələyini yığıb yeyiblər.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Xaçmazda göbələkdən zəhərlənənlərdən digəri də xəstəxanada dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Məlumat verib. O, bildirib ki, ölənlərdən biri 46, digəri isə 41 yaşdadır. O, bildirib ki, onlar göbələyin ən təhlükəli növündən istifadə ediblər.
"Zəhərlənib ölənlər göbələyin ən təhlükəli növü olan "solğun əzvay" göbələyini yığıb yeyiblər. Bu göbələyi qaynadanda, bişirəndə də zəhəri parçalanmır. Hətta bir "solğun əzvay" göbələyi 10-15 nəfəri zəhərləməyə qadirdir", deyə Azər Maqsudov bildirb.
Qeyd edək ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmazın Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər. Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb. Azər Maqsudov Günel Abdullayevanın isə xəstəxanada vəfat etdiyini söyləyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib. Onlardan biri göbələkdən zəhərlənib.
HADİSƏ
Qusarda 3 nəfər göbələkdən zəhərlənib, ikisi ölüb