DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Özbəkistan parlamentinə seçkilər rəqabət əsasında keçirilib - MDB missiyası

Seçkilər Özbəkistanın konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilib və respublika vətəndaşlarının öz iradəsini azad ifadə etməsi təmin edilib.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Özbəkistan parlamentinin qanunvericilik (aşağı) palatasına seçkilər vətəndaşların öz iradəsini azad ifadə etməsini təmin etməklə rəqabət əsasında keçirilib.
Bunu Birlik ölkələrindən olan müşahidəçilər missiyasının rəhbəri, MDB-nin baş katibi Sergey Lebedev bildirib.
Oktyabrın 27-də Özbəkistan parlamentinin qanunvericilik palatasına seçkilər keçirilib. Ölkədə ilk dəfə olaraq deputatlar qarışıq majoritar-proporsional modeldən istifadə etməklə yeni beşillik müddətə seçiliblər: aşağı palatadakı 150 yerdən 75 deputat birmandatlı dairələr üzrə, qalan 75-i isə siyasi partiyalara verilən səslər əsasında vahid seçki dairəsi üzrə seçilib.

"Ali Məclisə seçkilər açıq, rəqabətli, ədalətli və demokratik seçkilərin keçirilməsinin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olub", - MDB müşahidəçilər missiyasının yekun brifinqində Lebedev deyib.

MDB baş katibi bildirib ki, seçkilər Özbəkistanın konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilib və respublika vətəndaşlarının öz iradəsini azad ifadə etməsi təmin edilib.
Lebedev qeyd edib ki, respublikada seçkilər zamanı beynəlxalq müşahidəçilərin işləməsi üçün bütün lazımi şərait yaradılıb.
Seçkilərdə ümumi fəallıq 74,72 faiz və ya 15 milyondan çox seçici olub. Səsvermə nəticəsində rəsmi qeydiyyatdan keçmiş beş partiyanın hamısı yeni parlamentə daxil olub. Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP) və Özbəkistanın Milliy Tiklaniş (Milli Dirçəliş) Demokratik Partiyasının nümayəndələri mandatların əksəriyyətini - müvafiq olaraq 64 və 29-u saxlayıblar. "Adolat" Sosial Demokrat Partiyası ("Ədalət"), Özbəkistan Xalq Demokratik Partiyası (XDP) və Ekologiya Partiyası: müvafiq olaraq 21,20 və 16 mandat əldə ediblər.
Bundan əvvəl Azərbaycandan olan iştirakçının kurator layihəsinin Daşkənddəki müsabiqədə ikinci yeri tutduğu barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.