DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell Gürcüstandakı siyasi qüvvələri konstruktiv dialoqa çağırdı

Sputnik
BAKI, 27 oktyabr - Sputnik. Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Gürcüstandakı siyasi qüvvələri konstruktiv və əhatəli dialoqa çağırıb.
Bu barədə Cozep Borrel və Avropa Komissiyasının Gürcüstanakı parlament seçkiləri ilə bağlı birgə bəyanatda məlumat yer alıb.
“Siyasi spektrdə konstruktiv və inklüziv dialoq indi hər şeydən üstündür. Avropa İttifaqı Şurasının 17 oktyabr tarixli Qərarlarına uyğun olaraq, Aİ Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar həyata keçirməyə çağırır” - bəyanatda deyilir.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət qüvvələri oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina ediblər. Onlar seçki prosesinin total saxtakarlıq şəraitində keçdiyi qənaətindədirlər.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının elan etdiyi seçkinin yekun nəticələri belədir:
“Gürcü arzusu” (“Gürcü arzusu”, “Xalqın gücü”) – 53,92%;
“Dəyişiklik üçün Koalisiya” (“Axali”, “Girçi – daha çox azadlıq”, “Droa”) - 11,037%;
“Birlik - milli hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 10,164%;
“Güclü Gürcüstan” (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 8,814%;
“Gürcüstan üçün” – 7,771%.
Gürcüstanda ilk dəfə parlament seçkiləri yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatından istifadə etməklə keçirilib.
DÜNYA XƏBƏRLƏRİ
Gürcüstanın məsələsinə Avropa Şurasının iclasında baxılacaq - Mişel