DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Tehranı təxribata çəkməyə son qoymalı" - Rusiya XİN İsrailə çağırış etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İranı qisas almağa təhrik etməyi dayandırmaq lazımdır.
Sputnik
BAKI, 26 oktyabr - Sputnik. Rusiya bütün tərəfləri təmkinli olmağa çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin İran ərazisinə endirdiyi hava zərbələrini şərh edərkən deyib.
Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş şərhində deyilir:
“Biz israrla bütün tərəfləri təmkin göstərməyə, zorakılığı dayandırmağa və hadisələrin fəlakətli ssenari üzrə inkişafının qarşısını almağa çağırırıq”.
Rusiyalı diplomat vurğulayıb ki, “İranı qisas almağa təhrik etməyi dayandırmaq və nəzarətsiz eskalasiya spiralından çıxmaq lazımdır”.
"Biz qarşıdurmanın səviyyəsini azaltmaq üçün bütün tərəflərlə işləməyə hazırıq" - Zaxarova qeyd edib.
İsrail Müdafiə Qüvvələri (IDF) şənbə gecəsi oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endiriləcəyini açıqlayıb.
CBS News telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib. Bununla belə, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin yaydığı bəyanatda “hücumun ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla dəf edildiyi” və bəzi yerlərə məhdud ziyan vurulduğu bildirilib. İran mediası gecə hücumunda iki İran əsgərinin həlak olduğunu xəbər verib.
DÜNYA XƏBƏRLƏRİ
İsrailin İrana zərbələri haradan endirdiyi bəlli olub - Yenilənib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.