DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Rusiya ilə əməkdaşlığa qoyulan qadağaya görə mühüm iqlim məlumatlarından məhrumdur

Qərb və Rusiya alimləri arasında məlumat axını Qərbin tətbiq etdiyi sanksiyalar və digər məhdudiyyətlər səbəbindən ləngiyib.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Qərb tədqiqatçıları Rusiyaya qarşı sanksiyalara görə iqlim dəyişikliyi ilə bağlı mühüm məlumat çatışmazlığı ilə üzləşirlər. Rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəyə qoyulan qadağa qlobal elmi ictimaiyyəti Arktika və onun dinamik dəyişiklikləri ilə bağlı məlumatlardan məhrum edib. "New York Times" bu barədə yazıb.

"Qərb və Rusiya alimləri arasında məlumat axını Qərbin tətbiq etdiyi sanksiyalar və digər məhdudiyyətlər səbəbindən ləngiyib", - məqalədə bildirilir.

Rusiya elmi qurumları ilə qarşılıqlı əlaqənin olmamasının əsas problemi Qərb alimlərinin Arktika buzlarının əriməsi prosesini izləyə bilməməsidir, çünki regionda istiləşmə qlobal orta göstəricidən dörd dəfə tez baş verir.
Son elmi işlər göstərib ki, bir çoxu geniş miqyaslı Arktika monitorinq şəbəkəsindən ayrılan Rusiya tədqiqat stansiyalarının iştirakı olmadan Qərb mütəxəssisləri bu bölgədəki proseslərin öyrənilməsində diqqəti daha çox Şimali Amerika və Avropaya cəmləşdirirlər.
Bundan əvvəl Rusiya Dövlət İdarəetmə Universitetinin İqtisadi Siyasət və İqtisadi Dəyişikliklər kafedrasının dosenti Maksim Çirkov bildirmişdi ki, Avropa İttifaqının Rusiyaya qarşı düşünülməmiş enerji siyasəti Avropa ölkələrinin iqtisadiyyatına ziyan vurur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.