BAKI, 25 oktyabr — Sputnik. ABŞ-da seçki yarışı zamanı siyasi mübarizə son həddə çatıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bu yaxınlarda Peskov ABŞ-ın "The Wall Street Journal" qəzetinin Vladimir Putinlə amerikalı iş adamı İlon Mask arasında əlaqələrin olması ilə bağlı məlumatın yalan olduğunu qeyd edib.
"Çox güman ki, Putin və Mask arasında təmaslar haqqında məlumat seçkiöncəsi prosesdə artıq son həddə çatan siyasi mübarizənin növbəti təzahürüdür və opponentlər heç nədən çəkinmirlər", - diplomat söyləyib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.