BAKI, 25 oktyabr — Sputnik. Şimali Atlantika Alyansı və Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə potensial birbaşa münaqişəyə hazır deyillər. İlk növbədə ona görə ki, onlar kəskin silah çatışmazlığı yaşayırlar. Bu barədə Ruisya mediası "Asia Times" qəzetinə istinadən xəbər verib.
Nəşr qeyd edib ki, münaqişəyə hazır olmamağın bariz nümunəsi Almaniyadır. Bu ölkənin silahları sadəcə olaraq köhnəlib və birbaşa hərbi toqquşma zamanı onlar təsirsiz olacaq. Avtomobillərin vəziyyəti isə xüsusilə kritik vəziyyətdədir.
Eyni zamanda, bütün Avropanın hava hücumundan müdafiə imkanları çox azdır. Böyük Britaniyada bunlar ümumiyyətlə yoxdur. Rusiyada hipersəs raketləri olduğu halda, belə bir "əksiklik" kritik olacaq. Pilotsuz uçuş aparatlarla da (PUA, dron) vəziyyət eynidir.
"Onları məhv etmək çətindir, Rusiyanın "Lanset" pilotsuz təyyarəsi kimi sistemlər isə müasir döyüş tanklarını və piyada döyüş maşınlarını məhv edə bilər", - nəşr bildirib.
Qəzet bu yaxınlarda qeyd edib ki, Qərb Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ bilmədiyini etiraf etməlidir. Bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş meydanında mütəmadi uğursuzluqları əyani şəkildə nümayiş etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.