CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 24 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 24-də kimlər anadan olub?
Hüseyn Cavid (1882 -1941) - Azərbaycan şairi və dramaturqudur. Onun XX əsr Azərbaycan ədəbiyyatının formalaşmasında böyük rolu olub. Şair "İblis", "Şeyx Sənan", "Xəyyam" və s. ən məşhur əsərlərin müəllifidir.
Hüseyn Cavidin heykəli
Daniel Svarovski (1862–1956) - Avstriya mühəndisidir. O, Avstriya "Swarovski" kristal imperiyasının banisidir.
Arkadi Raykin
Farid Mürray Abraham (1939) - ABŞ aktyorudur. O, "Amadey" filmindəki Antonio Salyeri roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatıdır. Aktyor daha çox "Çapıqlı üz" və "Forresteri tapmaq " filmlərində, həmçinin "Vətən" teleserialındakı rolları ilə tanınır.
Kevin Klayn (1947) - ABŞ kino aktyorudur. O, "Oskar" və üç "Toni" mükafatları laureatıdır. Aktyor "Sofinin seçimi", "Böyük məyusluq", "Vanda adlı balıq" və s. filmlərdə rol alıb.
Kevin Klayn
24 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1857-ci ildə İngiltərədə dünyanın ilk futbol komandası yaradılıb.
1897-ci ildə Rusiyada ilk futbol matçı Sankt-Peterburqda keçirilib.
1939-cu ildə neylon corablar dünyada ilk dəfə olaraq ABŞ-da satışa çıxarılıb.
1977-ci ildə Sovetin İl-86 sərnişin təyyarəsinin ilk sınaq uçuşu baş tutub.
2002-ci ildə Bakıda Hüseyn Cavidin Ev Muzeyi açılıb.
2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66-cı plenar iclasında Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü seçilib.