DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran XİN rəhbəri BRİKS-ə üzvlük üçün müraciətlə bağlı vəziyyəti açıqladı

BRİKS-ə üzv ölkələrin liderləri Kazanda keçirilən sammitdə 30-35 dövlətin bu assosiasiyaya üzvlüklə bağlı müraciətinə cavab verib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. BRİKS ölkələrinin liderləri Kazanda keçirilən sammitdə hələlik birliyə yeni üzvləri qəbul etməmək, üzvlük üçün müraciət etmiş bir sıra ölkələrə tərəfdaş statusu vermək qərarına gəliblər. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İran bu assosiasiyanın daimi üzvü kimi ilk dəfə BRİKS sammitində iştirak edir.
"BRİKS-ə üzv ölkələrin liderləri Kazanda keçirilən sammitdə 30-35 dövlətin bu assosiasiyaya üzvlüklə bağlı müraciətinə cavab verərək, hələlik bu qrupa yeni üzvlər əlavə etmək deyil, bir sıra ölkələrə tərəfdaş kimi qoşulmaq qərarın veriblər", - İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir.
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edib.