İQTİSADİYYAT

Azərbaycanda problemli kreditlərlə bağlı son durum açıqlandı

Həmçinin bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 366 milyon manat kredit verilib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.
Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 % artıb, son 1 ildə isə 10,2 % azalıb.
Oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il oktyabrın 1-nə isə 2,4 % olub.
Həmçinin bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 366 milyon manat kredit verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,9 % azalaraq 308 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 66,7 % artaraq 450 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manata düşüb.