BAKI, 23 oktyabr — Sputnik. Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti ratifikasiya edib.
Sputnik Ermənistan-ın məlumatına görə, sənədin lehinə 67 deputat səs verib.
Bitərəf və əleyhinə səs verən olmayıb. Müxalifətin “Hayastan” və ““Şərəfim var” fraksiyaları müzakirə və səsvermədə iştirak etməyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.
Ermənistan Azərbaycanla imzalanmış Əsasnaməni təsdiqləyib
Ermənistan hökuməti Azərbaycan ilə sərhədin delimitasiyası üzrə komissiyalar haqqında əsasnamənin ratifikasiyasını təsdiqləyib.
Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.
Qərarın layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq
Birgə fəaliyyətlə bağlı əsasnamənin iyulun 1-də razılaşdırılması planlaşdırılırdı.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a bildirib ki, bu xüsusi prosedurlardır: