BAKI, 23 oktyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Kazana gəlib. O, BRİKS sammitində iştirak edəcək.
Bunu Tatarıstan parlamentinin nümayəndələri bildiriblər.
Quterreş qeyd edib ki, təşkilat BMT-nin işi üçün vacibdir. Onun bu tədbirə səfəri standart təcrübədir.
Belə ki, sammitdə bir çox dünya liderləri iştirak edəcəklər. Baş katibin isə onlarla müzakirə edəcəyi məsələlər var. Proqrama onun müxtəlif siyasətçilərlə ikitərəfli görüşləri daxildir.
Xatırladaq ki, sammit oktyabrın 22-dən 24-dək keçiriləcək. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.