HADİSƏ

Neft Emalı Zavodunda yanğında xəsarət alan olub? Rəsmi açıqlama

Bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Bu gün Bakı Neft Emalı Zavodunda baş verən yanğın nəticəsində xəsarət alan olmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "SOCAR Downstream Management" MMC məlumat yayıb.

"Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alov söndürülüb.
22.10.24, 12:40
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.