"Biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Bu müqavilənin arxasında Ermənistan xalqının siyasi rəyi durmalıdır".
“Bu halda sülh müqaviləsi necə imzalana bilər? Bir daha xatırlatmaq istəyirəm ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan bu ölkənin öz konstitusiyasıdır. Çünki Ermənistan konstitusiyasında və müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir” deyə qeyd var. Sözügedən aktdan və konstitusiyadan “Dağlıq Qarabağ Ermənistan ərazisidir” ifadələri çıxarılmadığı halda sülh müqaviləsi imzalana bilməz”.
“Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Azərbaycan prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcək”.