"Əslində ABŞ prezidenti öz partiyasının nüfuzu üçün belə bir şey arzulayır. Çünki ABŞ-da yaxınlaşan prezident seçkiləri öncəsi Bayden administrasiyasna yeni uğur hekayələri lazımdır. Onlar istəyir ki, münaqişənin həll olunmasını öz adlarına çıxarsınlar. Rəsmi Bakı isə sifarişlə hərəkət etmir. Vaşinqtonda Cənubi Qafqazla bağlı məkrli siyasətin qurulduğu bir vaxtda Azərbaycan üçün ABŞ-ın istəkləri sadəcə diplomatik etika xatirinə məqbul qarşılanır".
"Yaxşı olardı ki, ABŞ Azərbaycanla münasibətlərində diqqətli addımlar atsın. Məktubla yanaşı, Maykl Karpenterin də Bakıya gəlişi ABŞ-ın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyindən qaynaqlanır", - politoloq vurğulayıb.
"Ermənistan rəsmiləri də etiraf edir ki, Azərbaycan torpaqlarını işağldan azad edərkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanıb. İndi sülh üçün addımlar atılmalıdır. Ermənistan rəsmiləri yalan məlumatlarla sülhə hazır olduqlarını desələr də, Azərbaycanın konkret tələbləri var. Biz istəyirik ki, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış hüququ təmin olunsun, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları ləğv edilsin. Rəsmi Bakının sülhlə bağlı tələbləri beynəlxalq hüquqa əsaslanır və Azərbaycana sülh lazımdır".
"Əks halda sülhün gecikməsi müəyyən ziddidyətlərin davam etməsinə səbəb olacaq. Azərbaycan prinsipial mövqeyini qoruyur və sülh prosesinin bütün platformalarda həyata keçirilməsinə müəyyən dəstək verməyə çalışır. İndi ümid edirik ki, Ermənistan da bəhanələri kənara qoyacaq, revanşist və işğalçı duyğularla qəbul edilmiş konstitusiya aktını dəyişəcək. Bu addımların atılması çox vacibdir", - millət vəkili fikirlərini yekunlaşdırıb.