SƏHİYYƏ

NMН: Tənhalıq demensiya xəstəliyinin yaranmasına səbəb olur

Alimlərin fikrincə, tənhalıq idarə oluna bilən risk faktorudur.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Florida Ştatı Universiteti Tibb Kollecinin alimləri müəyyən ediblər ki, tənhalıq idrak qabiliyyətinin azalması riskini 15%, demensiyanın inkişaf riskini isə 31% artırır.
Bu barədə Rusiya mediası tədqiqatın nəticələrinin dərc edildiyi "Nature Mental Health" (NMH) jurnalına istinadən xəbər verib.
Alimlər dünyanın müxtəlif ölkələrindən 600 min insanın sağlamlıq haqqında məlumatlarını təhlil ediblər. Bundan əlavə, tədqiqatçılar iştirakçıların sosial bacarıqlarını qiymətləndirərək onların dostları və ailələri ilə adətən nə qədər vaxt keçirdiklərini dəqiqləşdirmələrini istəyiblər.
Nəticələr tənhalığın 15% koqnitiv pozğunluq riski ilə əlaqəli olduğunu göstərib. Bundan əlavə, özlərini tənha kimi xarakterizə edən insanların demensiya inkişaf etdirmə ehtimalı 31% daha çox olub. Alimlər sosial mühitdə zehni qabiliyyətlərdən istifadə ehtiyacının olmaması səbəbindən beyin sağlamlığının pisləşməyə başladığını irəli sürüblər.
Tədqiqatçılar əlavə ediblər ki, işin nəticələrinin müsbət tərəfi də var. Onların fikrincə, tənhalıq idarə oluna bilən risk faktorudur.