DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva Tehranla Yaxın Şərqdəki vəziyyəti dəyərləndirir - Ryabkov

İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin zərbələrin hədəfləri ilə bağlı qərar hələ verilməyib.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Moskva Tehranla Yaxın Şərqdəki vəziyyətin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edir, bu təmaslara ehtiyac var. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Biz İran tərəfi ilə daim əlaqə saxlayırıq. Təmaslarımız siyasi barometrdəki dalğalanmalardan və hazırda son dərəcə yüksək olan və böyük narahatlıq doğuran regionda gərginliyin dərəcəsindən asılı deyil. Aydındır ki, indiki şəraitdə belə dialoqa tələbat artır və müxtəlif istiqamətlərdə müvafiq qiymətləndirmə və yanaşma mübadiləsi aparılır", nazir müavini bildirib.
Bundan əvvəl Washington Post İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin zərbələrin hədəfləri ilə bağlı qərar hələ verilməyib.
Oktyabrın 1-də İran tarixdə ikinci dəfə İsraili kütləvi raket atəşinə məruz qoyub və bunu özünümüdafiə aktı adlandırıb. İsrail ordusu 180-ə yaxın ballistik raketin atıldığını və onların əksəriyyətinin ələ keçirildiyini bildirib. Sosial şəbəkələrdə İsrailin müxtəlif ərazilərinə düşən mərmilərin nəticələri əks olunub. İsrail rəsmilərinin bildirdiyinə görə, atəş nəticəsində ölkə vətəndaşları arasında tələfat olmayıb.
İranlılar raketlərin İsrail hərbi hədəflərini vurduğunu iddia edirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İsrailə raket hücumundan sonra ABŞ prezidenti Co Baydenin administrasiyasının böhranların həllində tam acizliyini nümayiş etdirərək Yaxın Şərqdə uğursuzluğa düçar olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.