BAKI, 19 oktyabr - Sputnik. "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının keçirilməsinə (COP29) hazırlıq çərçivəsində əsas işlər artıq tamamlanıb, lakin proses hələ də davam edir". Bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib.
Nazir bildirib ki, bundan sonrakı zaman kəsiyində görülən işlər BMT-nin Katibliyinə təhvil veriləcək.
"Bu gün həm də yeni uniformaların təqdimatı keçirildi. Bu münasibətlə COP29 komandasını təbrik edirəm. Həmin uniformalar həm rəng, həm də dizayn nöqteyi-nəzərindən zövqlə seçilmiş bir geyimlərdir. Uniformalar həm əməkdaşlara yaraşacaq, həm də COP29-un əməkdaşlarının digər qonaqlardan seçilməsinə imkan verəcək", - M.Babayev deyib.
Onun sözlərinə görə hazırlıq prosesi hələ də davam edir:
"Hazırda biz bu tədbirin keçiriləcəyi yerin tam olaraq hazırlanması ilə məşğuluq. Qalan vaxt isə əsasən işlərin BMT-nin katibliyinə təhvil verilməsinə, həm də onlarla razılaşdırmasına sərf olunacaq".
Xatırladaq ki, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.