CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 oktyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 18-də kimlər anadan olub?
Vaqif İbrahimoğlu (1949-2011) - Azərbaycanın əməkdar incəsənət xadimi, aktyoru və rejissorudur. O, 1992-ci ildən həyatının sonuna qədər "YUĞ" Dövlət Teatrının bədii rəhbəri vəzifəsində çalışıb, burada 90-a yaxın tamaşaya quruluş verib.
Vaqif İbrahimoğlu
Çak Berri (1926-2017) - amerikalı rok musiqiçi, müğənni, gitaraçı, bəstəkar, rok-n-rollun yaradıcılarından biridir. O, "Rok-n-rollun atası" ləqəbinə sahibdir.
Çak Berri
Jan-Klod Van Damm (1960) - amerikalı aktyor, rejissor, ssenarist, döyüş səhnələrinin quruluşçusu və döyüş sənəti ustasıdır. O, ümumilikdə 50-dən çox filmdə ("Qanlı idman", "İkili zərbə", "Çətin hədəf" və s.) rol alıb.
Amnerikalı aktyor Jan-Klod van Damm
Sergey Bezrukov (1973) - Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. O, 2014-cü ildən Moskva Quberniya Teatrının bədii rəhbəridir. O, "Briqada" kriminal serialında Saşa Belıy rolunu oynadıqdan sonra məşhurlaşıb.
Sergey Bezrukov
Zak Efron (1987) - ABŞ aktyorudur. O, karyerasına 2000-ci illərin əvvəllərində başlayıb və "Orta məktəb tamaşası" trilogiyasında (2006-2008) Troy Bolton adlı baş qəhrəmanı canlandıraraq yeniyetmə kumirinə çevrilib. O, həmçinin "Bəxtəvər", "Görkəmli şoumen", "Dəqiqədə 128 ürək döyüntüsü", "Köhnə yeni il" və s. filmləri ilə də tanınır.
Zak Efron
18 oktyabr tarixində dünyada baş verən tarixi hadisələr
1356-cı ildə İsveçrədə Bazel zəlzələsi - orta əsrlərdə Mərkəzi Avropada ən böyük zəlzələ baş verib. Fəlakət ölkənin şimal-qərbindəki Bazel şəhərini praktiki olaraq dağıdıb, 300 mindən çox insanın həyatına son qoyub və qonşu İsveçrə kantonlarının, Fransanın bir çox bölgələrinin və ən yaxın Almaniya dövlətlərinin əhalisinə ziyan vurub.
1922-ci ildə Britaniyanın BBC yayım korporasiyası (British Broadcasting Corporation) yaradılıb.
1929-cu ildə Sovetin K-5 sərnişin təyyarəsi ilk uçuşunu edib.
1991-ci ildə Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Məhz bu gün Respublikada Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunur.
2011-ci ildə MDB-nin səkkiz ölkəsinin hökumət başçıları birlik çərçivəsində azad ticarət zonası haqqında Saziş imzalayıblar.
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Araz çayının Azərbaycan və İran sahillərini birləşdirən qədim Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırıb.